Ana Sayfa > Özəl > Vaqenknext alman partiyalarının Ukraynanı silahlandırmaq planlarını tənqid edib
Vaqenknext alman partiyalarının Ukraynanı silahlandırmaq planlarını tənqid edibDünən, 22:53. Yazar: sevinc1 |
![]() Alman siyasətçisi Sara Vaqenknext ölkədəki bəzi partiyaların Ukraynanı silahlandırmaq planlarını tənqid edib. Bu barədə RİA Novosti məlumat yayıb. Belə ki, o, Xristian Demokrat və Xristian Sosial Birlikləri blokunun (CDU/CSU), eləcə də Sosial Demokratların (SPD) hərbi xərcləri artırmaq üçün xüsusi fondlar açmaq təklifini şərh edib. Vaqenknextin fikrincə, bu yolla Berlin yalnız Almaniyanın dövlət borclarını artıracaq.“CDU/CSU və SPD-nin paketi Almaniya Federativ Respublikasının tarixində ən çılğın silahlanma paketi və seçicilərin ən böyük xəyanətidir. Üstəlik, bu pullar təkcə Bundesverə deyil, hər şeydən əvvəl Ukrayna ordusuna gedəcək”, - o bildirib.Vaqenknext həmçinin əlavə edib ki, belə bir təşəbbüs “Alman vergi ödəyiciləri üzərində Ukraynanın silahlandırılmasını maliyyələşdirmək öhdəliyi” yaradacaq. Siyasətçinin fikrincə, Berlin bunun əksini etməlidir - hərbi xərclərə borc məhdudiyyətləri tətbiq etməli, lakin sosial sərmayələrə və infrastruktura borc məhdudiyyətlərini yumşaltmalıdır "Lakin, infrastruktur üçün 500 milyardlıq xüsusi fond hərbi xərclərin artımını ört-basdır etmək üçün sadəcə əncir yarpağıdır" dedi. Bundan əvvəl Almaniyanın seçilmiş kansleri Fridrix Merz 400 milyard avroluq fondun yaradıldığını açıqlamışdı. Bu fond hərbi xərclərlə məşğul olacaq. aia.az Tərcümə şöbəsi Geri dön |