Ana Sayfa > Özəl > Yunanıstanda Mitsotakis hökumətinə etimadsızlıq təklifi
Yunanıstanda Mitsotakis hökumətinə etimadsızlıq təklifiDünən, 21:35. Yazar: sevinc1 |
![]() Yunanıstanda baş nazir Kiriakos Mitsotakis hökumətinə qarşı Yunanıstanın əsas müxalifət partiyası PASOK və digər solçu partiyaların deputatları tərəfindən etimadsızlıq təklifi təqdim edilib. Cümə günü parlamentdə Mitsotakis hökumətinə etimad səsverməsi keçiriləcək.Yunanıstanda müxalifət partiyaları tərəfindən baş nazir Kiriakos Mitsotakis hökumətinə qarşı etimadsızlıq təklifi irəli sürülüb.Yunanıstanda 2023-cü ildə ölümlə nəticələnən qatar qəzasına görə baş nazir Kiriakos Mitsotakis hökumətinə qarşı əsas müxalifət mərkəz sol PASOK partiyası və digər sol partiyalardan olan deputatlar tərəfindən etimadsızlıq təklifi təqdim edilib. Təklifi 85 deputat imzalasa da, cümə günü Mitsotakis hökumətinə etimad səsverməsi keçiriləcək. Millət vəkilləri hökumətin qəzaya görə məsuliyyətdən yayındığını, kritik təhlükəsizlik boşluqlarını düzəltmədiyini və sübutları ört-basdır etdiyini iddia edərək, “hökumət ictimaiyyətin dəstəyini itirdiyini” bəyan edib. Mitsotakis hökuməti bütün ittihamları rədd etdi və 300 yerlik parlamentdə 156 yerə sahib olduğu üçün etimad səsverməsi alacağını gözlədiyini açıqladı. Mitsotakis parlamentdəki çıxışında müxalifətin iddialarının "Beynəlxalq çaxnaşma dövründə Yunanıstanın daxili siyasi sabitliyini təhdid etdiyini" ifadə edərək, "Hökumət olaraq 2027-ci ilə qədər dövlət müəssisəsi tərəfindən idarə olunan dəmir yolu şəbəkəsini modernləşdirəcəyik və onun təmirini öz üzərinə götürməsi üçün xarici şirkətlə razılaşacağıq" dedi. HESABATDA POZUNMALARA DİQQƏT ÇƏKİLİB Yunanıstanın paytaxtı Afinadan Salonikiyə gedən 352 nəfərin olduğu sərnişin qatarı 2023-cü il fevralın 28-dən martın 1-nə keçən gecə Tempi bölgəsində yük qatarı ilə üzbəüz toqquşub. 57 nəfərin həyatını itirdiyi qəzanın ehtiyatsızlıq ucbatından baş verdiyi məlum olub. Qəzadan sonra infrastruktur və nəqliyyat naziri Kostas Karamanlis istefa verib. Yunanıstan Dəmir Yolu və Qəza Təhlükəsizliyi və Təhqiqat Agentliyinin (HARSIA) dünən dərc etdiyi hesabatda Yunanıstanın dəmir yolu sistemində ciddi kadr çatışmazlığı olduğu, müvafiq təhlükəsizlik tədbirlərinin alınmadığı və illər boyu davam edən kritik səviyyədə pozuntuların olduğu ifadə edildi. Qəza ilə bağlı məhkəmə istintaqının bu ilin sonunadək başa çatdırılması gözlənilir. aia.az Tərcümə şöbəsi Geri dön |