Ana Sayfa > Özəl > Ağ Ev: Birləşmiş Ştatlar Ukrayna ilə münasibətlərin bütün aspektlərini nəzərdən keçirir
Ağ Ev: Birləşmiş Ştatlar Ukrayna ilə münasibətlərin bütün aspektlərini nəzərdən keçirirDünən, 21:21. Yazar: sevinc1 |
![]() ABŞ hazırda Ukrayna ilə münasibətlərinin bütün aspektlərini nəzərdən keçirir. Bu barədə Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Vals bildirib. O, Ağ Evdə Vaşinqtonun kəşfiyyat məlumatlarının Kiyevə ötürülməsinin dayandırılıb qalıb-qalmaması ilə bağlı sualı cavablandırarkən deyib: “Biz geri addım atmışıq və bu münasibətlərin bütün aspektlərini dayandırırıq və nəzərdən keçiririk”.Vals əlavə edib ki, o, ukraynalı həmkarı ilə münaqişənin həlli üzrə danışıqların mümkün yeri və onlara gedən nümayəndə heyətlərinin tərkibi barədə telefon danışığı aparıb. ABŞ prezidentinin köməkçisi danışıqları yaxşı adlandırıb və son 24 saat ərzində bu sahədə baş verən proseslərlə bağlı nikbin olduğunu bildirib. Vals daha əvvəl bildirmişdi ki, Vaşinqton Kiyevlə görüşün yerini və tarixini, danışıqlar üçün komandaların tərkibini müzakirə edib. Onun sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli üçün danışıqlara doğru müsbət addım atılıb. Martın 4-də ABŞ Ukraynaya hərbi yardımı dayandırıb. Qərar fevralın 28-də Oval kabinetdə Tramp və Zelenski arasında keçirilən gərgin görüşdən sonra verilib. Bundan əlavə, Sky News-un Ukrayna rəsmiləri arasındakı mənbəyə istinadən verdiyi məlumata görə, Vaşinqton Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsini tamamilə dayandırıb. Öz növbəsində CNN ABŞ prezidenti Donald Trampın nümayəndələrinin Ukrayna prezidenti Vladimir Zelenski ilə gizli danışıqlar apardığını bildirib. aia.az Tərcümə şöbəsi Geri dön |