Ana Sayfa > Özəl > YAP Cəbrayıl rayon təşkilatında tədbir keçirilib

YAP Cəbrayıl rayon təşkilatında tədbir keçirilib


Dünən, 19:39. Yazar: sevinc1
YAP Cəbrayıl rayon təşkilatında tədbir keçirilib

YAP Cəbrayıl rayon təşkilatında fəal partiya üzvü Əbil Vəliyev Fehruz oğlunun 60 illik yubleyi münasibətilə tədbir keçirilmişdir.

aia.az xəbər verir ki, tədbirdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, DİİXİHİ Cəbrayıl rayon Komitəsinin sədri Əli Kazımov və partiya fəalları iştirak etmişdir. YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev çıxış edərək Əbil Vəliyevin çox gənc yaşda üzvü olduğu və siyasi xəttinə hər zaman sadiq qaldığı Yeni Azərbaycan Partiyasında fəaliyyəti, özündən sonra gələn nəsillər üçün əsil vətəndaşlıq nümunəsidir. Onun, nümunəvi dövlət qulluqçusu, ictimai-siyasi fəal kimi partiyamıza sədaqətlə xidmət etdiyini bildirmişdir.Arif Fərzəliyev Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi, partiya dəyərlərinin təbliğində, ictimai siyasi proseslərdə səmərəli iştirakına görə və 60 illik yubileyi münasibətilə Əbil Vəliyevi Fəxri Fərman və dəyərli hədiyyələr təqdim edərək təbrik etmişdir.Sonra DİİXİHİ Cəbrayıl rayon Komitəsinin sədri Əli Kazımovda yubliyarı qiymətli hədiyyə ilə təbrik edib və uğurlarının davamlı olmasını arzu edib.Sonda çıxış edən YAP fəalları Vilayət Cabbarov, Məhəmməd Mahmudov, Abbas Abbaslı, Sənan Əsədov Əbil Vəliyevi təbrik etdilər və bundan sonrakı həyatında can sağlığı və yeni yeni uğurlar arzu etdilər.
Geri dön