Ana Sayfa > Şou-biznes > Zukerberqin sərvəti artdı - 59 milyard $

Zukerberqin sərvəti artdı - 59 milyard $


2-02-2017, 17:05. Yazar: Sevinc
Zukerberqin sərvəti artdı - 59 milyard $




“Facebook”un rüblük və illik maliyyə hesabatından sonra şirkətin yaradıcısı və rəhbəri Mark Zukerberqin şəxsi sərvəti artıb.

M. Zukerberqin sərvətində təxminən 3 milyard dollarlıq artım olub. Onun sərvətinin həcmi hazırda 59 milyard dollar məbləğində qiymətləndirilir. "Facebook"un yaradıcısı dünyanın ən zəngin adamlarının siyahısında 5-ci yerdədir.

Qeyd edək ki, 2016-cı ildə “Facebook”un xalis mənfəəti 177% artaraq 10,217 milyard dollara yüksəlib. Ümumi gəlir isə 54% artıb və 27,427 milyard dollar olub.

“Facebook” mobil reklam bazarında “Alphabet”dən sonra ikinci yerdədir.
(Lent.az)
Geri dön