Ana Sayfa > Özəl > Ərəb liderləri Qəzza planını qəbul edirlər

Ərəb liderləri Qəzza planını qəbul edirlər


Dünən, 18:04. Yazar: sevinc1
Ərəb liderləri Qəzza planını qəbul edirlər
Misirdə keçirilən Ərəb Liqası Sammitində liderlər Qəzzada 200 min yeni evin tikintisini nəzərdə tutan Misirin hazırladığı planın bəyannamə layihəsini qəbul ediblər.
Ərəb ölkələrinin liderləri ABŞ prezidenti Donald Trampın mübahisəli Qəzza planına alternativ təkliflə bağlı razılığa gəliblər. Misirin paytaxtı Qahirədə keçirilən Ərəb Liqasının fövqəladə Zirvə toplantısına qatılan liderlər Qəzzanın yenidən qurulması ilə bağlı “Misir planı” adlı bəyannamə layihəsini qəbul ediblər.
Planın birinci mərhələsində yaxın iki il ərzində Qəzzada təxminən 20 milyard dollar dəyərində 200 min ev tikilməsi nəzərdə tutulur. Bəyannamədə beynəlxalq ictimaiyyəti və maliyyə qurumlarını plana təcili dəstək verməyə çağırıb, həmçinin Fələstin xalqının yaşadığı bölgələrdə əlverişli şərait yaranarsa, bir il ərzində seçkilərin keçirilməsi təklif edilib.Misirin təklif etdiyi planla bağlı əvvəlki açıqlamada yenidənqurma prosesində Fələstin xalqının Qəzzada təhlükəsiz bölgələrdə müvəqqəti səyyar evlərə yerləşdirilməsi və HƏMAS-ın hakimiyyəti Fələstin Muxtariyyətinə təhvil verməsi təklif edildiyi bildirilmişdi.

ABŞ prezidenti Donald Trampın irəli sürdüyü və İsrailin baş naziri Netanyahunun dəstəklədiyi mübahisəli planda fələstinlilərin Qəzzadan çıxarılması və Qəzzanın daşınmaz əmlak investisiyaları ilə turizm mərkəzinə çevrilməsi nəzərdə tutulurdu.

aia.az
Tərcümə şöbəsi
Geri dön