Ana Sayfa > Özəl > Trampdan yeni təhlükə: Məktəblərdə qanunsuz etirazlara görə həbs və ya deportasiya!

Trampdan yeni təhlükə: Məktəblərdə qanunsuz etirazlara görə həbs və ya deportasiya!


Dünən, 18:01. Yazar: sevinc1
Trampdan yeni təhlükə: Məktəblərdə qanunsuz etirazlara görə həbs və ya deportasiya!

ABŞ prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkəsindəki paylaşımında məktəblərdə qanunsuz etiraz aksiyalarına qatılan tələbələrin daimi deportasiya və ya həbslə üzləşəcəyini bildirib.
ABŞ prezidenti Donald Tramp özünün Truth sosial platformasındakı hesabından geniş müzakirə olunan növbəti açıqlama verib.Tramp məktəblərdə qeyri-qanuni etiraz aksiyası keçirən tələbələri “həbs və ya deportasiya” ilə hədələyib.

Bu etirazlara icazə verəcək universitet və kolleclərə müraciət edən Tramp “Bütün federal fondlarınız dayandırılacaq” deyib.

ABŞ prezidenti bildirib ki, bu etirazlarda iştirak edəcək tələbələr “daimi olaraq deportasiya ediləcək və ya cinayət törətdiklərinə görə həbs olunacaqlar”.

Donald Trampın ABŞ-da tənqidlərə səbəb olan Qəzza planından sonra məktəblərdə Fələstinin lehinə etiraz aksiyaları keçirilib.

aia.az
Tərcümə şöbəsi

Geri dön