Ana Sayfa > Parlament > Milli Məclisin deputatı Rusiyaya səfər edəcək

Milli Məclisin deputatı Rusiyaya səfər edəcək


Bu gün, 16:21. Yazar: sevinc1
Milli Məclisin deputatı Rusiyaya səfər edəcək

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov MDB Parlamentlərarası Assambleyasının İqtisadiyyat və maliyyə üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün martın 5-də Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclasda MDB iştirakçısı olan dövlətlər üçün model Vergi Məcəlləsinin xüsusi hissələrinin layihələri, həmçinin “Strateji planlaşdırma haqqında”, “Standartlaşdırma haqqında”, “Lisenziyalaşdırma haqqında” və digər model qanun layihələri üzərində işin gedişi barədə müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaqdır.
Səfər martın 7-də başa çatacaq.
Geri dön