Ana Sayfa > Manşet / Dünya > Hakan Fidan İranı sərt tənqid etdi -

Hakan Fidan İranı sərt tənqid etdi -


Bu gün, 12:20. Yazar: sevinc1
Hakan Fidan İranı sərt tənqid etdi -

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan İranın regional siyasətini tənqid edib.

aia.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Fidan "Əl-Cəzirə" kanalına müsahibəsində danışıb.

Fidan İranın bölgədə milislər vasitəsilə apardığı xarici siyasətin böyük risklər daşıdığını bildirib. Onun sözlərinə görə, Tehran bu siyasət nəticəsində müəyyən qazanc əldə etsə də, həmin qazancı qorumaq üçün daha çox itki verməli olub.

Nazir İran rəsmilərinə, o cümlədən ABŞ tərəfindən öldürülən general Qasım Süleymaniyə bu siyasətin uzunmüddətli perspektivdə ölkə və region üçün ağır nəticələr doğuracağını söylədiyini qeyd edib. O vurğulayıb ki, artıq bölgədə hökmranlıq etmək dövrü bitməlidir və bütün ölkələr əməkdaşlığa əsaslanan siyasət yürütməlidir.

Türkiyə XİN başçısı, həmçinin bir ölkənin başqa dövlətlərdəki silahlı qrupları dəstəkləyərək üstünlük qazanmağa çalışmasının əks təsir yaradacağını bildirib: "Əgər siz başqasına daş atırsınızsa, unutmayın ki, sizə də daş ata bilərlər."

Fidan İranın İraq və Suriya siyasətinə də toxunub, Tehran rəhbərliyindəki ağıllı şəxslərin bu məsələyə sadəcə qazanc və itki prizmasından baxmayacaqlarına inandığını söyləyib. O, bölgədə sabitliyin yalnız birgə əməkdaşlıqla mümkün olduğunu vurğulayıb və köhnə hegemonluq düşüncələrinin tərk edilməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, Fidanın açıqlamaları İranın siyasi dairələrində ciddi narazılıq yaradıb. Öncə İran XİN sözçüsü İsmayıl Bəqai məsələyə münasibət bildirib. O qeyd edib ki, bəzi türk tərəfdaşlar öz siyasətlərinin nəticələri haqqında daha dərindən düşünməlidirlər.

“Tehran hesab edir ki, region ölkələrinin prioriteti öz xalqlarının maraqlarına xidmət edən təhlükəsizlik sistemi yaratmaq olmalıdır”, - o bildirib. Baqai həmçinin vurğulayıb ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, İran Türkiyə ilə əlaqələrə böyük əhəmiyyət verir və Ankara ilə bir sıra ortaq maraqlara malikdir.

Ötən gün isə İran xarici işlər nazirinin müavini Mahmud Heydəri Türkiyə Cümhuriyyətinin Tehrandakı səfiri Hicabi Kırlanğıç ilə görüşüb. Martın 3-ü axşam saatlarında keçirilən görüşdə Türkiyə xarici işlər nazirinin son bəyanatlarına istinad edən Heydəri vurğulayıb: “İki ölkənin ortaq maraqları və regional şərtlərin həssaslığı ikitərəfli münasibətlərdə fikir ayrılıqlarına və gərginliyə səbəb ola biləcək yanlış şərhlər və qeyri-real təhlillərin aparılmamasını tələb edir”.

aia.az
Geri dön