Ana Sayfa > Özəl > “Almaniya üçün alternativ” sanksiyalara qarşı qətnamə hazırlayıb

“Almaniya üçün alternativ” sanksiyalara qarşı qətnamə hazırlayıb


Bu gün, 11:52. Yazar: sevinc1
“Almaniya üçün alternativ” sanksiyalara qarşı qətnamə hazırlayıb


“Almaniya üçün Alternativ” partiyasının müvafiq komitələrinin iclasında partiya rəhbərliyinə və tərəfdarlarına sanksiyalar əleyhinə qətnaməyə qoşulmaq xahişi ilə müraciət edilib.Partiya Brüsseldən iqtisadi siyasəti həyata keçirməkdə Almaniyanın müstəqilliyini təmin etməkdə və azad ticarət prinsiplərinə uyğun olaraq heç bir sanksiya qəbul etməməkdə israrlıdır.

AfD nümayəndələri Rusiya, Çin və İrana qarşı iqtisadi sanksiyaların Almaniya iqtisadiyyatına ziyan vurduğunu bildiriblər.Partiya xarici, iqtisadi və sosial siyasət məsələləri ilə məşğul olacaq, həmçinin Almaniyaya fayda verməyən məhdudiyyətlərlə mübarizə strategiyaları hazırlayacaq “Sanksiyalar!” işçi qrupu yaratmaq niyyətindədir.

“Alman cəmiyyətində üçüncü ölkələrə qarşı tətbiq edilən sanksiyalardan artan qıcıqlanma və yorğunluq hissi getdikcə nəzərə çarpır. Hər gün adi alman vətəndaşlarının dolanışığı getdikcə çətinləşir, almanlar onlara həyat səviyyəsinin aşağı düşməsi və psixoloji vəziyyətinin pisləşməsindən başqa bir şey gətirməyən sanksiyalardan yorulublar”.

aia.az
Tərcümə şöbəsi
Geri dön