Ana Sayfa > Manşet / Siyasət / Özəl > Azər Məmmədov: "Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığa böyük əhəmiyyət verir"
Azər Məmmədov: "Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığa böyük əhəmiyyət verir"Dünən, 11:51. Yazar: sevinc1 |
![]() Azərbaycanın beynəlxalq münasibətlər müstəvisində mövqelərinin getdikcə möhkəmlənməsi ölkəmizlə əməkaşlıq əlaqələrini inkişaf etdirmək istəyən dövlətlərin də sayının artmasını şərtləndirir. Fevralın 26-da Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun ölkəmizə rəsmi səfərini şərh edən aia.az saytının baş redaktoru Azər Məmmədovun fikrincə bu gün müxtəlif Afrika ölkələrinin də Azərbaycanla münasibətlərini inkişaf etidirmək yönümündə səylərini gücləndirmələri anlaşılandır. Media təmsilçisi özfikirlərini əsaslandırmaq üçün mühüm amillərdən biri kimi, keçən il Bakıda keçirilmiş COP29 qlobal iqlim sammitində Afrika ölkələrinin təkcə iqlim problemlərini deyil, həmçinin bu qitənin əksər xalqlarını narahat edən bir çox digər mühüm məsələləri dünya ictimaiyyətinə çatdırmaq üçün müstəsna imkanlar əldə etmələri faktını diqqət mərkəzinə gətirir: “COP-29 həqiqətən də indiyədək keçirilmiş bütün digər qlobal iqlim konfranslarından ilk növbədə özünün möhtəşəm nəticələri ilə fərqləndi. Bəzi Afrika ölkələri və kiçik ada dövlətləri ilk dəfə öz səslərini dünyaya çatdırmaq imkanını məhz Bakıda əldə etdilər. Cənab Prezident İlham Əliyevin inkişaf etmiş dövlətlərə çağırış edərək Afrikadakı ölkələrin iqlim problemlərinin həllinə dəstək verməyin vacibliyini vurğulaması təbii ki, Azərbaycanın bu qitədə mövqeylərini daha da möhkəmləndirmiş oldu. Bu ilin təkcə fevral ayında artıq iki Afrika ölkəsinin dövlət başçılarının Azərbaycana səfərləri də bunu bir daha təsdiq edir. Qvineya-Bisau Respublikası Prezidentinin bu günlərdə ölkəmizə etdiyi rəsmi səfəri də Azərbaycan – Qvineya-Bisau münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.” Azər Məmmədovun təhlilində yer alan maraqlı məqamlardan biri də Azərbaycan ilə Qvineya-Bisau arasında ikitərəfli münasibətlərin yüksək qiymətləndirildiyinə dair səsləndirdiyi fikirlə bağlıdır. Bununla əlaqədar baş redaktorun bildirib ki, mövcud münasibətlərin daha da inkişaf etdirilməsi üçün hazırda geniş imkanlar növcuddur: “Fevralın 27-də cənab Prezident İlham Əliyevin mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, Azərbaycan və Qvineya-Bisau artıq uzun illərdir ki, beynəlxalq təsisatlarda, o cümlədən BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında daim bir-birini dəstəkləyirlər. Həmin təşkilatlar çərçivəsində ölkələrimiz arasında mövcud əlaqələr yüksək qiymətləndirilir, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlıq uğurla həyata keçirilir, münasibətlər qarşılıqlı hörmət və dəstəyə əsaslanır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Təbii ki, əməkdaşlıq əlaqələrinin inkişafı üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin olması çox vacibdir və önəmlidir. O cümlədən Qvineya-Bisau Prezidentinin artıq ikinci dəfə ölkəmizdə olması və ilk dəfə rəsmi səfərə gəlməsi də ölkələrimiz arasında tərəfdaşlığın gücləndirilməsi ümün möhkəm zəmin yaratmışdır. Səfər çərçivəsində konkret layihələrin, investisiya imkanlarının müəyyən edilməsinə dair razılığın əldə olunması isə belə deməyə əsas verir ki, yaxın vaxtlarda Azərbaycan – Qvineya-Bisau münasibətlərində dinamik inkişafı müşahidə edə biləcəyik.” Geri dön |