Ana Sayfa > Özəl > Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti ilə seçilib
Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti ilə seçilibBu gün, 11:30. Yazar: sevinc1 |
![]() Azərbaycan qadını tarixən mərdliyi, cəsurluğu, eyni zamanda zərifliyi, saflığı ilə cəmiyyətimizin həyatında aparıcı rol oynamış, dastanlarımızın, qəhrəmanlıq nəğmələrimizin əsas qəhrəmanlarından biri olmuşdur. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdiyi şücaət, eyni zamanda Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımız bunun bariz nümunəsidir. Azərbaycan qadını istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib. Müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Fədakar Azərbaycan qadını haqqında Ümummilli liderimiz Heydər Əliyev belə deyib: “Ümummilli lider deyib ki, Azərbaycan qadını öz ağılı, zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə bizim xalqımıza millətimizə daim ucalıq gətirir.” Bütün siyasi fəaliyyəti boyunca Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğur və qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artdı. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyev tərəfindən aparılan güclü dövlət-qadın siyasətinin məntiqi nəticəsidir ki, bu gün qadınlar üçün uyğun şəraitin yaradılması: məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində, gender bərabərliyinin inkişaf etdirilməsi sahəsində mühüm nailiyyətlər əldə edilib. Qadın siyasəti müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindəndir və bu sahədə bir çox strategiyalar, fəaliyyət planları, qanunlar, dövlət proqramları qəbul olunub. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti cəmiyyətimizdə qadınlara münasibətdə Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılması, xanımların ictimai həyatda fəal iştiraka cəlb edilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Mehriban xanım Əliyeva müasir Azərbaycan qadınını təcəssüm etdirir. O, həm ictimai xadim, həm ailə xanımı, həm ana kimi bütün qadınlarımıza cəmiyyətin həyatında layiqli yer tutmaq nümunəsini göstərir. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Azərbaycan qadınının mərdliyi, dözümlülüyü, səmimiliyi, paklıq və sədaqəti, vəfa və isməti ən ali dəyər kimi həmişə qiymətləndirilib. İctimai gerçəkliyin, əxlaqi problemlərin həllində, ideya mübarizələrində qadınlarımız əzmkarlığı, müasirliyi, biliyi, bacarığı, əqidə saflığı ilə hər zaman ön cərgələrdə dayanıb. Özünün şərəfli missiyasını ləyaqətlə, dərin məhəbbət və inamla yerinə yetirən Azərbaycan qadınının bayramı mübarək olsun! İlqar Kərimov, YAP Tovuz rayon təşkilatının sədr müavini Geri dön |