Ana Sayfa > Manşet / Siyasət / Özəl > Səttar Möhbalıyev Kəngərli rayonunda seçicilərlə səyyar görüş keçirib
Səttar Möhbalıyev Kəngərli rayonunda seçicilərlə səyyar görüş keçiribDünən, 16:27. Yazar: sevinc1 |
![]() Martın 3-də Milli Məclisin deputatı Səttar Möhbalıyev Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda seçicilərin səyyar görüş-qəbulunu keçirib. aia.az xəbər verir ki, deputat görüşlərdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra tədbirin gedişində seçicilərin müraciətləri dinlənilib, onların problemlərinin həll yollarına dair müzakirələr aparılıb. Qaldırılan məsələlərin bir çoxu verilən operativ qərarlar nəticəsində yerindəcə öz həllini tapıb. Həllini tapmayan məsələlər Səttar Möhbalıyev tərəfindən qeydə alınıb, deputat onların həlli üçün müvafiq tədbirlərin görüləcəyini bildirib. Deputat Səttar Möhbalıyevin martın 3-də Kəngərli rayonunda keçirdiyi qəbulda iştirak edən seçicilər görüşdən məmnunluqlarını ifadə edib, onlara və ümumilikdə Naxçıvanın inkişafına göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər. Geri dön |