Ana Sayfa > Parlament > Milli Məclisin deputatı Cenevrədə səfərdədir
Milli Məclisin deputatı Cenevrədə səfərdədirDünən, 15:37. Yazar: sevinc1 |
![]() Milli Məclisin deputatı Könül Nurullayeva Sülh və Tolerantlıq üzrə Beynəlxalq Parlamentin 12-ci plenar iclasında iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərində səfərdədir. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. “Beynəlxalq Sülh Xartiyası: Planet və insanlar üçün” mövzusuna həsr olunmuş iclasda qlobal sülh və tolerantlıq, qarşılıqlı anlaşmanın inkişafına həsr olunmuş mövzular üzrə müzakirələr aparılacaq. Sessiya zamanı deputatımızın tolerantlıq və sülh prinsiplərinin təşviqi ilə bağlı çıxışı nəzərdə tutulub. Səfər martın 5-də başa çatacaq. Geri dön |