Ana Sayfa > Gündəm / Manşet > Azərbaycanlı gənc ermənilər tərəfindən girov götürülüb
Azərbaycanlı gənc ermənilər tərəfindən girov götürülüb2-02-2017, 16:04. Yazar: Sevinc |
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ermənilərə əsir düşmüş şəxslə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Dövlət Komissiyasına daxil olmuş məlumata əsasən, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. *** Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü, millət vəkili Əflatun Amaşov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Elnur Hüseynzadə hərbi qaydaları pozduğuna görə Silahlı Qüvvələrdən tərxis olunub. O hazırda mülki şəxsdir. Geri dön |