Ana Sayfa > İdman > "Zirə" və "Neftçi" klubları cərimələndi
"Zirə" və "Neftçi" klubları cərimələndiDünən, 14:12. Yazar: sevinc1 |
![]() AFFA İntizam Komitəsi "Zirə" və "Neftçi" klubunu cərimələyib. aia.az-ın məlumatına görə, paytaxt təmsilçiləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda yaşananlara görə ziyana düşüblər. "Zirə" beş üzvü "Araz-Naxçıvan"la oyunda (0:2) sarı vərəqə aldığı üçün 700 manat, azarkeşlərin hakimlərin ünvanına təhqiramiz ifadələr işlətməsi ucbatından (cari mövsüm ikinci dəfə yaşanır) 500 manat ödəyəcək. "Kəpəz"lə oyunda (1:0) qırmızı vərəqə alan "Neftçi"nin hücumçusu Bassalu Sambu 2 oyunluq cəzalanıb, "Neftçi"yə isə 1500 manatlıq cərimə tətbiq edilib. aia.az Geri dön |