Ana Sayfa > Özəl > “Ukraynadakı vəziyyəti müzakirə etmək üçün biz diqqəti vahid formata yönəltməliyik”
“Ukraynadakı vəziyyəti müzakirə etmək üçün biz diqqəti vahid formata yönəltməliyik”Dünən, 11:57. Yazar: sevinc1 |
![]() Kiyevə hərbi yardımın davam etdirilməsinin müzakirə edildiyi bazar günü Londonda keçirilən sammitə Baltikyanı ölkələrin dəvət olunmaması təşkilatçıların yanlış hesablaması idi. Bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris LRT milli radiosunun efirində bildirib. “Bu, Rusiya ilə birbaşa həmsərhəd olan cəbhəyanı dövlətlər olan Baltikyanı ölkələr, şübhəsiz ki, bu cür müzakirələrdə iştirak etməlidirlər”, - o vurğulayıb.Budrisin fikrincə, Ukrayna ilə bağlı istənilən qərar bu və ya digər şəkildə Baltikyanı ölkələrə təsir edəcək. "Biz onların nəticələrini dərhal hiss edəcəyik", - nazir qeyd edib. O, həmçinin hesab edir ki, Qərb Ukraynadakı vəziyyəti müzakirə edərkən dağınıq olmamalıdır; “Ukraynadakı vəziyyəti müzakirə etmək üçün bir neçə formata malik olmaq, müxtəlif Avropa paytaxtlarında müxtəlif tərkiblərdə görüşmək əlçatmaz lüksdür, biz diqqəti vahid formata yönəltməliyik”. aia.az Tərcümə şöbəsi Geri dön |