Ana Sayfa > Özəl > Aİ səfiri: Tbilisi ilə Brüssel arasında münasibətlər ən aşağı səviyyədədir
Aİ səfiri: Tbilisi ilə Brüssel arasında münasibətlər ən aşağı səviyyədədirDünən, 19:05. Yazar: sevinc1 |
![]() Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər ən aşağı səviyyədədir. Bu barədə jurnalistlərə Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski məlumat verib. “Gürcüstan hakimiyyətini islahatlara görə tərifləməkdən məmnun olardım, Gürcüstanda baş verən hadisələr haqqında müsbət danışmaqdan məmnun olardım, lakin təəssüf ki, Gürcüstan və Avropa İttifaqı arasında münasibətlərə gəldikdə, onlar indi ən aşağı səviyyədədir”, - Gerçinski bildirib. O xatırladıb ki, Avropa İttifaqı Gürcüstanın diplomatik pasportlarına malik olan şəxslər üçün viza rejimi tətbiq edib, hökumətə maliyyə yardımını dayandırıb, vəsaitlərin vətəndaş cəmiyyətinə və azad mediaya yönləndirilməsini dayandırıb, həmçinin ölkəyə yüksək səviyyəli səfərləri dayandırıb. “2023-cü ilin dekabrında Avropa İttifaqı qapılarını Gürcüstana açmağa qərar verdi. Ölkədə islahatların aparılacağı gözlənilirdi. Ancaq gördüyümüz kimi, bu islahatların əksəriyyəti həyata keçirilmir. Əksinə, Gürcüstanı Aİ-yə yaxınlaşdırmayan, daha da uzaqlaşdıran addımlar atılır. Bu, əlbəttə ki, çox təəssüf doğurur, lakin bu, Gürcüstanla Aİ arasında münasibətlərin hazırkı vəziyyətini əks etdirir”, - səfir əlavə edib. 2023-cü il dekabrın 14-də Gürcüstana Aİ-yə namizəd statusu verildi, lakin demokratiya, insan haqları və qanunun aliliyi sahələrində davamlı islahatlar aparılmalıdır. Brüssel bəyan edib ki, ölkə hakimiyyəti 2024-cü ilin yazında Rusiyaya oxşar xarici agentlər haqqında qanunu yenidən işə saldıqdan və qəbul etdikdən sonra Avropaya inteqrasiya prosesi de-fakto dayandırılıb. Noyabrın 28-də, mübahisəli parlament seçkilərindən bir ay sonra Gürcüstan hökuməti Avropa İttifaqına daxil olmaq üzrə danışıqların 2028-ci ilin sonuna qədər dondurulacağını bəyan edib. Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, bu qərarın səbəbi Brüsselin üzvlük dialoqunun başlaması ilə bağlı “daimi şantaj” olmasıdır. aia.az Tərcümə şöbəsi Geri dön |