Ana Sayfa > Özəl > Onlar at belində İspaniyadan Həcc ziyarətinə gedirlər

Onlar at belində İspaniyadan Həcc ziyarətinə gedirlər


Dünən, 16:42. Yazar: sevinc1
Onlar at belində İspaniyadan Həcc ziyarətinə gedirlər

Həcc ziyarətini yerinə yetirmək üçün İspaniyadan yola düşən və at belində səfərə çıxan Əndəlüs müsəlmanları Ədirnədən Türkiyəyə daxil olublar.
İspaniyadan at belində həcc ziyarətinə gedən və 8 min kilometrlik bir yol keçərək Məkkəyə çatmağı hədəfləyən Əndəluslu müsəlmanlar at belində Ədirnə küçələrini gəziblər.
Tarixi Meriç və Tunca körpülərindən sonra Saraçlar küçəsinə gələn zəvvarlar Tarek Rodriguez Fernandez, Abdelqader Harkassi, Abdullah Rafael Hernandez Mencha və Bouchaib Jadil Ədirnə vətəndaşlarını küçələrdə qarşılayıb.

Təxminən 35 il əvvəl verdiyi anddan sonra at belində Həcc ziyarətinə getmək fikri ilə gündəmə gələn ispaniyalı professor və həkim Abdullah Rafael Hernandez Mança 35 il əvvəl verdiyi andı yerinə yetirmək üçün başladığı yoldan xoşbəxt olduğunu bildirib.
Ədirnə Köhnə Məscidi qarşısında cümə namazını qılmaq üçün gözləyən zəvvar namizədləri açıqlamalar verib və səfərlərini izah ediblər.

aia.az
Tərcümə şöbəsi
Geri dön