Ana Sayfa > Siyasət > "O qurumun mövcudluğuna heç bir ehtiyac yoxdur”

"O qurumun mövcudluğuna heç bir ehtiyac yoxdur”


Bu gün, 14:21. Yazar: sevinc1
"O qurumun mövcudluğuna heç bir ehtiyac yoxdur”

Bir müddət öncə Ermənistanın Baş naziri ölkədə əvvəllər keçirilən referendumların legitimlik baxımından sual doğurduğunu və ölkənin yeni konstitusiyasının 2026-cı il parlament seçkilərindən sonra qəbul edilməsi ilə bağlı referendum keçirilməsi haqda bəyanatla çıxış edib”.

Bunu deputat Nizami Səfərov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Ermənistanın əsas qanununda Azərbaycan tərəfinin təkidlə tələb etdiyi dəyişikliklər baş verərsə, sülh müqaviləsinin bağlanmasına ən ciddi maneələrdən biri aradan qaldırılmış ola bilər. Azərbaycan Prezidentinin dediyi kimi, “Ermənistanın konstitusiyasının dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir”.

Azərbaycan tərəfinin israr etdiyi digər mühüm tələb ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Tarixə qovuşan münaqişənin həlli üçün yaradılan və otuz ilə yaxın bir müddətdə fəaliyyət qabiliyyətsizliyini nümayiş etdirən bir qurumun mövcudluğuna ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra heç bir ehtiyac yoxdur.

Azərbaycan tərəfinin beynəlxalq hüquqa və mövcüd geosiyasi reallıqlara əsaslanan mövqeyi birmənalı olaraq nümayiş etdirir ki, dövlətimiz Cənubi Qafqaz regionunda davamlı sülhün və beynəlxalq təhlükəsizliyin bərqərar olunması üçün ardıcıl fəaliyyətini davam etdirir və şübhəsiz ki, ölkəmizin səyləri öz müsbət nəticələrini yaxın zamanlarda verəcək”, – deyə deputat bildirib.
Geri dön