Ana Sayfa > Parlament > Spiker APA-nın Bakıda keçirilən sessiyasından danışdı

Spiker APA-nın Bakıda keçirilən sessiyasından danışdı


Bu gün, 11:40. Yazar: sevinc1
Spiker APA-nın Bakıda keçirilən sessiyasından danışdı

Fevralın 18-dən 20-nədək Bakıda Asiya Parlament Assamblayeasının 15-ci plenar sessiyası və digər tədbirlər keçirilib.

aia.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

Onun sözlərinə görə, APA-nın 15-ci plenar sessiyasında Bakı Bəyyanaməsi və müxtəlif mövzularda 29 qətnamə qəbul edilib.

S.Qafarova bildirib ki, APA-nın qəbul etdiyi Bakı Bəyyanaməsinin bir bəndində Ermənistandan qovulan azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmalarının təmin olunması məqsədilə səylərin səfərbər edilməsi üçün çağırış edilib.

"Sessiya çərçivəsində mən 9 ölkənin parlament sədrləri və 2 ölkənin sədr müavinləri ilə görüşlər keçirdim"./Bakivaxti.az
Geri dön