Ana Sayfa > Karusel / Siyasət > Qvineya-Bisau Prezidentinin Azərbaycana səfəri başa çatdı
Qvineya-Bisau Prezidentinin Azərbaycana səfəri başa çatdıBu gün, 11:34. Yazar: sevinc1 |
![]() Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun Azərbaycan Respublikasına rəsmi səfəri fevralın 28-də başa çatıb. aia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qvineya-Bisau Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola saldılar. aia.az Geri dön |