Ana Sayfa > İdman > Azərbaycan Kuboku:
Azərbaycan Kuboku:Bu gün, 09:55. Yazar: sevinc1 |
![]() Futbol üzrə Azərbaycan Kubokunda bu gün bütün yarımfinalçılar müəyyənləşəcək. aia.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyununda "Zirə" "Araz-Naxçıvan"ı qəbul edəcək. Qarşılaşma saat 16:00-da start götürəcək. İlk görüşdə Bakı klubu minimal hesabla məğlub olub - 0:1. Cütün qalibi növbəti raundda "Qarabağ"la üz-üzə gələcək. 1/4 final mərhələsinə saat 19:30-da start götürəcək "Neftçi" - "Kəpəz" görüşü ilə yekun vurulacaq. Paytaxt təmsilçisi birinci matçda iki cavabsız qolla qalib gəlib. Bu dueldə güclü olan komanda yarımfinalda "Sabah"a rəqib olacaq. Azərbaycan Kuboku 1/4 final, cavab oyunları 28 fevral 16:00. “Zirə” – “Araz-Naxçıvan” Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu. VAR: Əliyar Ağayev. AVAR: Akif Əmirəli. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Elçin Mehtiyev. Zirə İdman Kompleksinin stadionu İlk oyun - 0:1. 19:30. “Neftçi” – “Kəpəz” Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov. VAR: Rəvan Həmzəzadə. AVAR: Kamran Bayramov. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Emin Cəfərov. "Neftçi Arena" İlk oyun - 2:0. Qeyd edək ki, daha əvvəl 1/4 finalda "Qarabağ" "Səbail"i (1:0, 3:1), "Sabah" isə "Sumqayıt"ı (0:0, 4:0) mübarizədən kənarlaşdırıb. aia.az Geri dön |