Ana Sayfa > İqtisadiyyat > Çoxmərtəbəli binaların idarə olunması üçün 40 MMMC yaradıldı, bəs “jek”lər?..
Çoxmərtəbəli binaların idarə olunması üçün 40 MMMC yaradıldı, bəs “jek”lər?..2-02-2017, 15:02. Yazar: admin |
Çoxmərtəbəli binaların idarə olunması məqsədilə indiyədək 40 mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti (MMMC) yaradılıb. Bu barədə virtualaz.org saytına İqtisadiyyat Nazirliyindən məlumat veriblər. Xəbərdə deyilir ki, cəmiyyətlər Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Paytaxt üzrə ən çox MMMC Binəqədi, Yasamal və Nəsimi rayonlarında yaradılıb. Abşeron rayonu üzrə isə artıq 2 MMMC qeydiyyatdan keçib. Qeyd edək ki, Mənzil Məcəlləsindəki son dəyişikliklərdə çoxmənzilli binanın ümumi əmlakının mülkiyyətçilərə, yəni sakinlərə məxsus olması, onun istismarı və saxlanması nəzərdə tutulub. Qanunvericiliyə görə, yaşayış binasında birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi əmlak hesab olunur və ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının mülkiyyətçilərinə məxsusdur. Yeni idarəçilik formasına əsasən, binanın idarə edilməsi üsulunun və idarəedicinin seçilməsi, xidmətlərin nədən ibarət olması, eləcə də yaşayış sahəsinə görə haqqın miqdarı və bu kimi məsələlər mülkiyyətçilər tərəfindən müəyyən edilir. Onu da xatırladaq ki, Mənzil Məcəlləsinə son dəyişikliklərdən sonra mənzil istismar sahələrinin (“jek”) fəaliyyəti qanunla tənzimlənmir. Artıq 6 ildir qanunsuz fəaliyyət göstərən “jek”lərə maliyyə ayrılır. Bu qurum tullantıları daşıyıb-daşımamasından asılı olmayaraq əhalidən məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi adı ilə pul yığırlar. Hazırda təkcə Bakıda 200-ə yaxın “jek” var. Bu il dövlət büdcəsindən Mənzil Kommunal Təsərrüfatına 304 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Ülviyyə Geri dön |