Ana Sayfa > Özəl > Kallas Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanəti adlandırıb
Kallas Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanəti adlandırıb28-02-2025, 09:27. Yazar: sevinc1 |
![]() Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas NATO-nun Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanəti olduğunu bildirib.Onun Vaşinqtonda çıxışı zamanı dediyi sözləri n-tv kanalı sitat gətirib. “Niyə biz [Estoniya] NATO-dayıq? Çünki biz Rusiyadan qorxuruq”, - Kallas izah edib. Onun sözlərinə görə, işləyən yeganə təhlükəsizlik zəmanəti “NATO-nun qoruyucu çətiridir”. Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski mətbuat konfransında ölkəsinin NATO-ya üzv ola bilməyəcəyi təqdirdə öz hərbi ittifaqını yaradacağını bildirib. Dövlət başçısının sözlərinə görə, belə bir layihəni həyata keçirmək üçün Ukrayna “zəmanətli sülh demək olacaq belə maliyyə, kontingent və müdafiə istehsalı” təmin etməlidir. Bununla belə, o qeyd edib ki, Ukrayna təkbaşına bunu edə bilməyəcək. aia.az Tərcümə şöbəsi Geri dön |