Ana Sayfa > Özəl > İsrail nümayəndə heyəti Qahirəyə gedəcək
İsrail nümayəndə heyəti Qahirəyə gedəcəkDünən, 21:03. Yazar: sevinc1 |
![]() İsrailin danışıqlar qrupunun Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində danışıqlar aparmaq üçün bu gün Misirin paytaxtı Qahirəyə gedəcəyi açıqlanıb. İsrail Baş Nazirlik Ofisindən verilən açıqlamada, baş nazir Benyamin Netanyahunun danışıqlar qrupuna danışıqları davam etdirmək üçün Qahirəyə getmələri barədə göstəriş verdiyi qeyd edilib. Bəyanatda danışıqların hansı məsələ ilə bağlı aparılacağı ilə bağlı məlumat paylaşılmayıb. Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının 42 günlük birinci mərhələsi martın 1-də başa çatacaq. İsrailin baş naziri Netanyahu razılaşmanın qüvvəyə minməsindən 16 gün sonra başlamalı olan ikinci mərhələ danışıqlarına mane olmaqda ittiham olunur. Daha əvvəl danışıqlar aparmaq üçün Misirin paytaxtı Qahirəyə və Qətərin paytaxtı Dohaya gedən danışıqlar nümayəndə heyətlərinin ikinci mərhələ danışıqlarına icazə verilməyib. İsrail mətbuatı Təl-Əviv rəhbərliyinin ikinci mərhələyə keçmək istəmədiyini və Qəzzada israilli məhbusların azad edilməsinin davam etməsi üçün birinci mərhələni uzatmaq istədiyini iddia etmişdi. aia.az Tərcümə şöbəsi Geri dön |