Ana Sayfa > Özəl > Fizika İnstitutunda Xocalı faciəsinə həsr olunmuş anım günü qeyd olunub
Fizika İnstitutunda Xocalı faciəsinə həsr olunmuş anım günü qeyd olunubBu gün, 16:30. Yazar: sevinc1 |
![]() Anım gününü İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. Xocalı faciəsində həlak olanların və Azərbaycan şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Akademik Arif Həşimov qeyd edib ki, Xocalıda törədilmiş cinəyət insanlığa qarşı soyqırımdır. Xalqımızın baş vermiş hadisədən sınmadı, əksinə güc topladı və ədalətin bərpa olunması üçün səfərbər oldu. Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan ordusu torpaqlarını azad etdi və tarixi qələbəyə imza atdı. Anım mərasimində institutun əməkdaşları Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova, elmi işçi Bayram Xudayarov, fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova, aparıcı elmi işçi Lalə Əliyeva tədbirdə çıxış edərək Xocalıda törədilmiş cinayətə hüququ qiymətin verilməsi, onun beynəlxalq miqyasda tanınması istiqamətində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyev cənablarının gördükləri mühüm işlər və fəaliyyətılər haqda iştirkçıların diqqətinə çatdirdılar. Geri dön |