Ana Sayfa > Özəl > CNN: İsrail öz qüvvələrini Qəzza və Misir sərhədindən çıxarmaq niyyətində deyil

CNN: İsrail öz qüvvələrini Qəzza və Misir sərhədindən çıxarmaq niyyətində deyil


Bu gün, 15:03. Yazar: sevinc1
CNN: İsrail öz qüvvələrini Qəzza və Misir sərhədindən çıxarmaq niyyətində deyil


İsrail Fələstinin Qəzza zolağı ilə Misir arasındakı sərhəddən qoşunlarını çıxarmayacaq. Bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.Onun sözlərinə görə, şənbə günü başa çatan hazırkı atəşkəsin uzadılması halında hərbçilərin martın əvvəlindən qoşunları bölgədən çıxarmağa başlayacağı güman edilirdi.

“Biz Filadelfiya dəhlizindən əl çəkməyəcəyik” deyən mənbə CNN-ə deyib: “Biz HƏMAS qatillərinin yenidən yük maşınlarında və tüfənglə sərhədlərimizdə dolaşmasına icazə verməyəcəyik və onların qaçaqmalçılıq yolu ilə mövqelərini yenidən gücləndirməsinə icazə verməyəcəyik.

aia.az
Tərcümə şöbəsi
Geri dön