Ana Sayfa > Parlament > Milli Məclisin deputatları Tacikistanda seçkiləri müşahidə edəcəklər
Milli Məclisin deputatları Tacikistanda seçkiləri müşahidə edəcəklərBu gün, 14:59. Yazar: sevinc1 |
![]() Milli Məclisin deputatları Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasına keçiriləcək seçkiləri izləmək məqsədilə fevralın 28-də bu ölkənin paytaxtı Düşənbə şəhərinə səfər edəcəklər. Bu barədə aia.az-a MM-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Səfər çərçivəsində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə və deputat Anatoliy Rafailov MDB Parlament Assambleyasının, deputat Azər Badamov isə MDB İcraiyyə Komitəsinin xətti ilə Tacikistanda martın 2-də baş tutacaq seçkilərə hazırlıq prosesini izləyəcək və seçki günü məntəqələrdə vətəndaşların fəallığını müşahidə edəcəklər. Səfər martın 3-də başa çatacaq. Geri dön |