Ana Sayfa > Media / Karusel > Polisə kamera quraşdıracaqlar

Polisə kamera quraşdıracaqlar


2-02-2017, 14:03. Yazar: admin
Polisə kamera quraşdıracaqlar








Nyu-Yorkda polis təşkilatı demo versiyada hazırladığı layihəni həyata keçirməyə başlayıb.

Aia.Az Trend-ə istinadən xəbər verir ki, geyinilə bilən VIEVU markalı kameralar sayəsində polislər həm öz təhlükəsizliklərini qoruyacaq, həm də baş verən hadisələri dərhal kameranın yaddaşına köçürə biləcəklər.

Bundan əlavə, kameralar rüşvət və bənzər hallarda polislərin vəzifədən sui-istifadəsinin qarşısını alacaq.

Bu kameraların bəziləri polislər tərəfindən əl ilə idarə olunacaq, bəziləri isə silaha əl atılan an çəkilişə başlayacaq.
Nyu-York Polis Departamentində çalışan 34 min polis əməkdaşına 2019-cu ilin sonuna qədər bu kameralar veriləcək.

aia.az
Geri dön