Ana Sayfa > Ölkə > Möcüzələr yaradan həkim

Möcüzələr yaradan həkim


Bu gün, 12:09. Yazar: sevinc1
Möcüzələr yaradan həkim

Həkimlik insan həyatına toxunan müqəddəs bir sənətdir. Neçə ailələrə ümid verən, möcüzələr bəxş edən, neçə ocaqdan körpə səsi gəlməsinə səbəb olan müqəddəs həkim sənətinin fədakar nümayəndələrindən biri də Əhmədova Elmiradir. Elmira xanım 18 ildir ki, qadınların sağlamlığı uğrunda yorulmadan çalışır, övlad həsrətində olan ailələrə ümid bəxş edir.

Əhmədova Elmira 1982-ci il avqustun 2-də Qazaxıstanın Çimkənd şəhərində dünyaya gəlib. 8 nömrəli məktəbi əla qiymətlərlə bitirib, Cənubi Qazaxıstan Tibb Akademiyasında Mama-ginekoloq üzrə ali təhsil alıb. Sankt- Peterburqda 2 il ordinatura təhsili alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycana gəlib, 12 il Modern Hospitalda işləyib, artıq 6 ildir ki, fəaliyyətini Baku Medical Plazada davam etdirir. Elmira xanımın böyük təcrübəsi, yüksək bilik və bacarığı nəticəsində yüzlərlə ailə övlad sahibi olub. Hər bir xəstəsinə fərdi yanaşan Elmira xanım yalnız tibbi toxunuşla deyil, mənəvi dəstəyilə də seçilir. Elmira xanım pasientlərinin gözlərindəki ümid işığını alovlandıran ümid və arzuları reallığa çevirən, ona pənah gətirən ailələri qucağı dolu yola salan mütəxəssisdir. Elmira xanımın uğurları 18 illik təcrübəsinin, eyni zamanda yüksək insani keyfiyyətlərinin nəticəsidir. O, tibb elminin ən müasir nailiyyətlərindən yararlanaraq pasientlərinə ən doğru müalicə üsullarını tətbiq edir, səmərəli müalicəsi və peşəkar yanaşması sayəsində neçə-neçə ailələr övlad sevinci yaşayıb. Onun fədakarlığı və mükəmməl tibbi biliyi bir çox ailələrin taleyini dəyişib. O, Azərbaycan tibb dünyasında bir nümunə, yüzlərlə ailələrin həyatlarına yeni səhifə açan bir xilaskardır.

22, 20, 15 il övlad həsrətilə yaşayan, ümidi ölmək üzrə olan, son çarə kimi Elmira xanımın qapısını döyən xanımlara ana olmaq sevincini bəxş edən həkim xanımın uğurları bir daha sübut edir ki, o, möcüzələr yaradan bir həkimdir. O, bu uğurları yalnız yaxşı həkim olduğu üçün deyil, həm də yaxşı insan olduğu üçün əldə edir.

Elmira Əhmədova qadın sağlamlığının qorunması, sonsuzluq və digər ginekoloji problemlərin aradan qaldırılması istiqamətində mühüm işlər görür. Onun peşəsinə olan sevgisi, yüksək məsuliyyət hissi və insanlara olan münasibəti onu bu sahədə ən sevilən həkimlərdən edib.

Elmira Əhmədova bir çox ölkələrdə konfrans və seminarlarda iştirak edir, qadınların sağlamlığı ilə bağlı maarifləndirici fəaliyyət göstərir.

Əhmədova Elmira reproduktiv tibb və ginekologiya sahəsində dərin biliklərə malikdir. O, hər bir qadının fərdi ehtiyaclarını nəzərə alaraq şəfqətli və empatik yanaşması ilə müalicə prosesini idarə edir. Onun tətbiq etdiyi qabaqcıl müalicə metodları sonsuzluq problemlərinin effektiv həllinə böyük töhfə verir və qadınlara ana olmaq sevinci bəxş edir.

Sozcu.info
Geri dön