Ana Sayfa > Ölkə > Bakıda evdən 12 min manatlıq qızıl oğurlandı
Bakıda evdən 12 min manatlıq qızıl oğurlandıBu gün, 11:55. Yazar: sevinc1 |
![]() Bakıda evdən oğurluq edilib. aia.az DİN-ə istinadən xəbər verir ki, fevralın 22-də Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 18 yaşlı T.Hüseynzadə saxlanılıb. Araşdırmalarla onun həmin evdən əvvəllər 12 min manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da məlum olub. Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla isə oğurluq etdiyinə görə saxlanılmış M.Məmmədovun Nardaran qəsəbəsində 215 metr naqil oğurladığı da müəyyən edilib. Araşdırmalar aparılır. Geri dön |