Ana Sayfa > Manşet / Gündəm > Emin Ağalarov "Crocus Group"un terror hücumundan sonrakı itkilərini açıqladı
Emin Ağalarov "Crocus Group"un terror hücumundan sonrakı itkilərini açıqladıBu gün, 10:07. Yazar: sevinc1 |
![]() “Agalarov Development” şirkətinin prezidenti, “Crocus Group”un sahibi Araz Ağalarovun oğlu Emin Ağalarov “Crocus City Hall”da törədilən terror aktı nəticəsində şirkətə dəymiş ziyanı açıqlayıb. aia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ağalarov ziyanın təxmini olaraq 150-200 milyon dollar qiymətləndirib. "Biznes nöqteyi-nəzərindən bu, bütün “Crocus Group” üçün dağıdıcı təsir oldu, çünki terror aktından sonra ərazidəki bütün obyektlərin fəaliyyəti iflic vəziyyətə düşmüşdü və ziyarətçilərin sayı "azalmışdı”, - "RİA Novosti" onun sözlərindən sitat gətirib. Ağalarov eyni zamanda vurğulayıb ki, terror aktı ilk növbədə iztirab çəkən və yaxınlarını itirən insanların böyük faciəsidir. Xatırladaq ki, 22 mart 2024-cü il tarixində Rusiyanın Moskva şəhərindəki "Crocus City Hall"da terror aktı törədilib. Bir neçə silahlı şəxs məkana toplaşan insanlara kütləvi atəş açıb və məkanı yandırmaq üçün yandırıcı vasitələrdən istifadə edib. Hücum 2004-cü ildə Beslanda terror aktından sonra Rusiyada ən qanlı terror aktı olmaqla, ən azı 144 nəfərin ölümü, 360-dan çox insanın yaralanması ilə nəticələnib./unikal aia.az Geri dön |