Ana Sayfa > Gündəm > Şahnaz Bəylərqızı ilə bağlı Prezidentə təşəkkür etdilər
Şahnaz Bəylərqızı ilə bağlı Prezidentə təşəkkür etdilərDünən, 17:28. Yazar: sevinc1 |
![]() Hüquq-müdafiə Təşkilatları Monitorinq Qrupu jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılması ilə bağlı ölkə rəhbərliyinə təşəkkür edib. aia.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Səidə Qocamanlı sosial şəbəkə hesabında paylaşım edib. “Jurnalist Şahnaz Bəylərqızının sağlamlığı nəzərə alınaraq ev dustaqlığına buraxılması xahişini diqqətdə saxlayıb bu gün onu ailəsinə qovuşdurduğuna görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin təşəkkürümüzü bildiririk. Biz öz fəaliyyətimizdə daim konstruktiv dialoqun tərəfdarı olmuşuq və bundan sonra da fəaliyyətmizdə əlimizdən gələni edəcəyik”, - paylaşımda bildirilib. Xatırladaq ki, “Toplum TV” işi üzrə həbs edilən jurnalist Şahnaz Bəylərqızı bu gün ev dustaqlığına buraxılıb. Xətai Rayon Məhkəməsi vəkilin vəsatəti əsasında belə qərar qəbul edib. Fevralın 5-də həbs edilən Ş.Bəylərqızı qaçaqmalçılıq və digər cinayətlərdə ittiham edilir. aia.az Geri dön |