Ana Sayfa > Ölkə > Qobustanda odlu silahlar aşkarlandı

Qobustanda odlu silahlar aşkarlandı


Dünən, 16:58. Yazar: sevinc1
Qobustanda odlu silahlar aşkarlandı

Qobustan Rayon Polis Şöbəsinə şəhər ərazisində odlu silah-sursat tapılması barədə məlumat daxil olub.

aia.az xəbər verir ki, əraziyə baxış keçirilərkən oradan 7 ədəd müxtəlif markalı ov tüfəngi aşkarlanaraq götürülüb. Aşkar olunmuş silahlar müvafiq ekspertizaya göndərilib.

Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq sənədləri olmayan 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

aia.az
Geri dön