Ana Sayfa > Dünya > Ermənistanda hərbi xidmətə çağırışın müddəti

Ermənistanda hərbi xidmətə çağırışın müddəti


Bu gün, 11:57. Yazar: sevinc1
Ermənistanda hərbi xidmətə çağırışın müddəti

Ermənistan müdafiə nazirliyi ölkənin silahlı qüvvələrində yay hərbi xidmətə çağırış və tərxisetmə müddətləri ilə bağlı hökumətin qərar layihəsini dərc edib.

aia.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Sənədə əsasən, müddətli hərbi xidmətə yay çağırışı aprelin 14-dən iyulun 31-dək aparılacaq, lakin çağırışçılar hərbi hissələrə iyunun 23-dən iyulun 31-dək göndəriləcəklər.

Eyni zamanda, iki il xidmət etmiş çağırışçıların tərxis olunması da həyata keçiriləcək.

Ermənistanda qış çağırışı 2024-cü il noyabrın 25-dən 2025-ci il yanvarın 31-dək aparılıb, çağırışçıların orduya göndərilməsi isə yanvarın 7-dən başlayıb.

aia.az
Geri dön