Ana Sayfa > Özəl > İnkişaf və tərəqqiyə aparan əməkdaşlıq

İnkişaf və tərəqqiyə aparan əməkdaşlıq


Bu gün, 11:42. Yazar: sevinc1
İnkişaf və tərəqqiyə aparan əməkdaşlıq

Azərbaycanın yüksək səviyyədə əlaqələrinin olduğu ölkələrdən biri də Pakistan İslam Respublikasıdır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr yaradan və Azərbaycanda səfirliyini açan ilk müsəlman dövlətlərindən biridir. Pakistan və Azərbaycan arasındakı əlaqələr siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələri əhatə edir. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq xalqlar arasında ənənəvi dostluq və qarşılıqlı etimadın təzahürüdür.
Müstəqilliyin ilk dövrlərində Azərbaycanın Pakistanla münasibətlərini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərib və yardım edib.

Fevralın 23-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri də bu dostluq, qardaşlıq münasibətlərinə söykənir. İkinci Qarabağ müharibəsində bu qardaş ölkənin Azərbaycana göstərdiyi mənəvi və hərbi yardım xalqımız tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanır.

Hər iki ölkənin rəhbərlərinin mütəmadi qarşılıqlı səfərləri bu münasibətlərin inkişafında müstəsna rola malikdir. Cənab Prezident İlham Əliyevin Pakistan islam Respublikası ilə əlaqələrə xüsusi əhəmiyyət verməsi, bu ölkə ilə əlaqələrin inkişafına daim can atması diqqətdən yayınmır.

Ölkəmizə növbəti rəsmi səfərini həyata keçirən Pakistan Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif yüksək səviyyədə qarşılanmış, qardaş ölkəyə gəlişindən məmnunluq ifadə olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 24-də mətbuata bəyanatlarla çıxış ediblər. Ölkəmizin başçısı ali qonağı salamlayaraq Azərbaycanla Pakistanın münasibətlərinin iki qardaş ölkə arasında olan münasibətlər səviyyəsində olmasından məmnunluğunu ifadə edib. Cənab Prezident qeyd edib ki, “İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik.”

Ölkəmizin başçısı bildirib ki, cənab Baş nazirin bu səfərində Azərbaycanla pakistan arasında 10 saziş imzalanıb ki, həmin sazişlətr “gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq. Sərmayə planlarımız əsasında, əminəm ki, biz ticari dövriyyəmizin artımını da görəcəyik.”
İ
ki ölkə arasında iqtisadi münasibətlərin yüksək səviyyədə inkişaf etdirilməsi üçün səy göstərən liderlər indiki şəraitdə bu əlaqələrin çərçivəsini genişləndirmək, müxtəlif sahədə əməkdaşlığın perspektivlərini nəzərdən keçirmək qərarı gələcəkdə hər iki dövlətin qarşılıqlı investisiya yatırmaq imkanlarını daha da yaxşılaşdıracaqdır. Bununla yanaşı, bağlantı və daşımalar sahəsində aparılan müzakirələr də kifayət qədər diqqəti cəlb edir. Cənab Prezident İlham Əliyev bu xüsusda demişdir: “Beynəlxalq daşımalar dəhlizlərinin ayrılmaz hissəsi olan Azərbaycanın daşımalar infrastrukturunun imkanlarının artırılması məqsədilə mən cənab Baş nazirə planlarımız, müqavilələr və imzaladığımız razılaşmalar barədə məlumat verdim - istər Şimal-Cənub və ya Şərq-Qərb. Azərbaycan hər ikisində iştirak edir. Əlbəttə ki, bu, bağlantı və daşımaların, iqtisadi inkişafın, o cümlədən siyasi sabitliyin mühüm elementidir. Bir-birinə yaxın yerləşən ölkələr bu cür çoxtərəfli əməkdaşlıq formatında iştirak etdiyi zaman vəziyyət bizim regionlarda daha proqnozlaşdırılan olur. Bu, həmçinin regional sabitliyin mühüm meyarıdır.”

Qardaş və dost ölkə olan Pakistanla münasibətlərin bu səviyyədə inkişafı Azərbaycanın həm Şərqdə, həm də qlobal miqyasda mövqeyini möhkəmləndirməklə yanaşı, müdafiə sahəsində, eləcə də iqtisadi əlaqələrdə etibarlı tərəfdaş qazanmasına səbəb olur. Hər iki xalqın, iki qardaş dövlətin birlikdə addımlaması, vahid mövqedən çıxış etməsi müasir dünyada inkişaf və tərəqqi yolunda vacib şərtlərdən biri sayıla bilər.İ

İlqar Kərimov,
YAP Tovuz rayon təşkilatının sədr müavini

Geri dön