Ana Sayfa > Özəl > Gədəbəydə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

Gədəbəydə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib


Bu gün, 11:34. Yazar: sevinc1
Gədəbəydə  Xocalı soyqırımının  33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 33-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı, Şəhər 1 nömrəli tam orta məktəb, Şəhər 2 nömrəli tam orta məktəb və Qoşabulaq kənd 1 nömrəli tam orta məktəb ərazi partiya təşkilatlarında anım tədbirləri keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Sonra ƏPT sədrləri Nailə İbrahimova, Zəkiyə Həsənova və Şəfa Həsənova çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən faciədə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, bu kütləvi qırğında yüzlərlə insanın vəhçicəsinə qətlə yetirilməsindən, yandırılmasından və girov götürülməsindən danışıblar.
Ərazi partiya təşkilatının sədrləri və digər partiya fəallarının çıxışlarında, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə digər şəhidlərimizin qanı yerdə qalmadı.  2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi.

Geri dön