Ana Sayfa > Karusel > Deyirlər, yollar təmizlənib, problem yoxdur - FOTO

Deyirlər, yollar təmizlənib, problem yoxdur - FOTO


2-02-2017, 13:52. Yazar: admin
Deyirlər, yollar təmizlənib, problem yoxdur - FOTO







Yollar qar və buzdan təmizlənib, problem yoxdur.

Bunu Milli.Az-a "Azəravtoyol" ASC-dən bildiriblər.

Qeyd edilir ki, ötən gecə və səhər saatlarında olduğu kimi bu gün də avtonəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə Bakı şəhərinin "Azəravtoyol" ASC-nin balansında olduğu küçə və prospektlərin, o cümlədən respublikanın avtomobil yollarının qardan və buzdan təmizlənməsi istiqamətində işlər aparılıb.

Yollara "Azəravtoyol" ASC-yə məxsus qar kürüyən, duz-qum səpən texnikalar, həmçinin canlı qüvvə cəlb edilib. Atılmış addımlar nəticəsində nə Bakı şəhərində, nə də respublikanın avtomobil yollarında avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunmayıb.

Yusif Nəsirli

aia.az
Geri dön