Ana Sayfa > Manşet / Siyasət / Özəl > Novruzəli Aslanov: “Fevralın 24-də imzalanmış sənədlər Azərbaycan ilə Pakistan arasında tərəfdaşlığı daha da gücləndirəcək”
Novruzəli Aslanov: “Fevralın 24-də imzalanmış sənədlər Azərbaycan ilə Pakistan arasında tərəfdaşlığı daha da gücləndirəcək”Bu gün, 11:24. Yazar: sevinc1 |
![]() “Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin artıq üçüncü ildir ki, ardıcıl olaraq ölkəmizə etdiyi səfərlər, eləcə də cənab Prezident İlham Əliyevin keçən Pakistana etdiyi dövlət səfəri ölkələrimiz arasında münasibətləri ən yüksək səviyyədə inkişaf etdiyini göstərir. Bu gün biz birmənalı olaraq deyə bilərik ki, Azərbaycan və Pakistan dost və qardaş ölkəlrdir. O cümlədən cənab Şahbaz Şərifin fevralın 24-də Azərbaycanda rəsmi səfərdə olması iki ölkə arasında əlaqələrin inkişafına yeni təkan verəcək bir hadisədir. Artıq xəbər verildiyi kimi, cənab Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin keçirdikləri həm təkbətək, həm də geniş tərkibli görüşlər zamanı ikitərəfli münasibətlərin gündəliyi o cümlədən ticarət və iqtisadi əməkdaşlıq, enerji, daşımalar, müdafiə sənayesinə aid mühüm məsələlər ətraflı müzakirə olunub. Keçirilən görüşlərdən sonra mətbuata bəyanatla etdiyi çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev əmin olduğunu bildirib ki, Baş nazirin ölkəmizə səfəri çərçivəsində imzalanmış sənədlər ölkələrimiz arasında tərəfdaşlığı daha da gücləndirəcək. Müzakirə olunan mühüm məsələlərdən biri bağlantı və daşımalar sahəsində əməkdaşlığa dair olub. Beynəlxalq daşımalar dəhlizlərinin ayrılmaz hissəsi olan Azərbaycan həm Şimal-Cənub, həm də Şərq-Qərb layihələrində fəal iştirak edir. Əlbəttə ki, bu, bağlantı və daşımaların, iqtisadi inkişafın, o cümlədən siyasi sabitliyin mühüm elementidir və regional sabitliyin mühüm meyarıdır.” Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib. Deputat qeyd edib ki, görüşlərin gedişində regional təhlükəsizlik məsələlərinin də ətraflı təhlilinə yer ayrılması Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq əlaqələrinin regional sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini göstərir: “Məlumdur ki, müasir dünyada məhz güc amili getdikcə daha qabarıq formada ön plana çıxmaqdadır. Ona görə də yalnız güclü hərbi potensial istənilən bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qarantı kimi çıxış edə bilər. Məhz bu səbəbdən də Azərbaycan və Pakistan rəhbərləri arasında aparılan müzakirələrdə müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusi yer alıb. Öz çıxışında cənab Prezident İlham Əliyev qeyd etdi ki, müzakirə olunan məsələlər arasında əsas hissə müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunmuşdur. Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və bu işi davam etdirəcək. Eyni zamanda, müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanları müzakirə edilib və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Möhtərəm dövlət başçımız vurğuladı ki, Azərbaycan və Pakistan arasında əlaqələrin genişləndirilməsi üçün bir çox sahələrdə böyük imkanlar mövcuddur. O cümlədən enerji sahəsində olan perspektivlər çox yüksək qiymətləndirilir. Eyni zamanda şəhərlərimiz arasında uçuşların sayını artırmaq barədə razılığın əldə olunması önəmli bir məqamdır” – deyə, Novruzəli Aslanov fikirlərini sona çatdırıb. Geri dön |