Ana Sayfa > Özəl > ABŞ Demokratik Partiyasının sponsorları artıq buna pul xərcləmək istəmirlər
ABŞ Demokratik Partiyasının sponsorları artıq buna pul xərcləmək istəmirlərDünən, 20:55. Yazar: sevinc1 |
![]() ABŞ Demokrat Partiyasının donorları öz fəaliyyətlərindən məyus olduqları üçün artıq siyasi hərəkata pul xərcləmək istəmirlər. Bu barədə Gazeta.ru The Hill-ə istinadən xəbər verir. Sponsorlardan birinin nəşrə verdiyi məlumata görə, demokratların tərəfdarları son prezident seçkilərinin nəticələrindən, eləcə də partiyanın ümumi kursundan narazıdırlar. Bu məyusluğun çoxu 2024-cü il seçki kampaniyası ilə bağlıdır.“Bizdən pul xərcləməyimizi istəyirlər və nəyə? Bir çoxlarımıza aydındır ki, partiya 2016-cı ilin dərsini çıxarmayıb. Onlar eyni sxem üzrə və eyni səmərəsiz strategiyalarla işləyiblər”, - nəşrin həmsöhbəti bildirib.Bundan əlavə, Demokratik Milli Komitə (DNC) ilə işləyən siyasi strateqlərdən biri də nəşrlə danışıb. Onun fikrincə, sponsorların əhval-ruhiyyəsinə partiyanın gələcək planları haqqında heç nə bilməmələri də böyük təsir göstərir. “DNC üzvlərindən indi etdiklərimizə inanmadıqlarını eşidirəm. Onlar bizim Donald Trampa qarşı dura biləcəyimizə inanmırlar, bəs niyə dollarları israf edək?” - dedi. aia.az Tərcümə şöbəsi Geri dön |