Ana Sayfa > Özəl > Ukraynada I Pyotrun abidəsi sökülüb
Ukraynada I Pyotrun abidəsi sökülübDünən, 18:35. Yazar: sevinc1 |
![]() Ukraynanın Poltava şəhərində I Pyotrun abidəsi sökülüb. Bu barədə Poltava Şəhər Şurasının katibi Yekaterina Yamşçikova öz Facebook səhifəsində məlumat verib (Rusiya Federasiyasında ekstremist kimi tanınan və fəaliyyəti qadağan olunan “Meta” korporasiyasına məxsus sosial şəbəkə). Abidə yerli hakimiyyət orqanları tərəfindən Ukraynada dekommunizasiya siyasəti çərçivəsində götürülüb. "Bu vandalizm aktı deyil, cəmiyyətin şüurlu və məsuliyyətli hərəkətidir", - Ukrayna rəsmisi bildirib. Yamşçikova qeyd edib ki, Rusiya imperatorunun abidəsi “bütün zəruri prosedurlara riayət olunmaqla” götürülüb. Abidə I Pyotrun səfərləri zamanı istirahət etməyi xoşladığı yerdə ucaldılıb. aia.az Tərcümə şöbəsi Geri dön |