Ana Sayfa > İdman / Karusel > "Borussiya" Obameyanqa əvəzləyici tapdı

"Borussiya" Obameyanqa əvəzləyici tapdı


2-02-2017, 13:44. Yazar: admin
"Borussiya" Obameyanqa əvəzləyici tapdı






"Borussiya" rəhbərliyi yayda komandadan ayrılacağı gözlənilən Pyer-Emerik Obameyanqa əvəzləyici axtarışına çıxıb.

Aia.Az apasport.az-a istinadən xəbər verir ki, Dortmund təmsilçisi diqqətini İspaniyaya yönəldib.

Belə ki, "Borussiya" "Atletik"in hücumçusu İnyaki Uilyamsla danışıqlara başlayıb. Uilyamsın bilbaolularla 2021-ci ilə qədər müqaviləsi var. Bu səbəbdən futbolçunun keçidini həll etmək üçün ilk növbədə, "Atletik" rəhbərliyi ilə razılığa gəlmək lazımdır.

Almanlar Uilyamsa görə qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdırlar.


aia.az
Geri dön