Ana Sayfa > Manşet / Siyasət / Özəl > Eltun Süleymanov :"Azərbaycanla Pakistan arasında münasibətlər tarixi sınaqlardan üzüağ çıxıb "
Eltun Süleymanov :"Azərbaycanla Pakistan arasında münasibətlər tarixi sınaqlardan üzüağ çıxıb "Bu gün, 15:33. Yazar: sevinc1 |
![]() Azərbaycan-Pakistan münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Pakistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləyir.Məlum olduğu kimi, Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladaq ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqust ayında başlayıb. Azərbaycanın bu dost ölkə ilə əməkdaşlığında hərbi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Bakıya səfəri Azərbaycan-Pakistan əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından olduqca əhəmiyyətli hadisədir. Baş nazirin Azərbaycanda yüksək səviyyədə qarşılanması, Prezident İlham Əliyevlə keçirdiyi görüş və verilən mühüm mesajlar iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib. Müsahibimiz deyib ki, iki dövlət arasında münasibətlər bir sıra çətin tarixi sınaqlardan üzüağ çıxıb. Bu səfər iki ölkə arasında mövcud olan bu dərin əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcək. Azərbaycanla Pakistanı tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir. İki qardaş ölkə hər zaman bütün beynəlxalq platformalarda bir-birini dəstəkləyib. Pakistan 44 günlük Vətən müharibəsinin başlandığı ilk andan Azərbaycana öz mənəvi və siyasi dəstəyini ifadə edən ölkələrdən biri oldu. Azərbaycan dövləti və xalqı Pakistanın ölkəmizin haqq işinə verdiyi dəstəyi daim böyük ehtiramla xatırlayır. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər. Cənab Prezident bəyanatında bildirib ki, “Cənab Baş nazir ötən il və 2023-cü ildə ölkəmizə səfər edib. Mən isə ötən il Pakistanda dövlət səfərində olmuşam. Bu gün əziz qardaşım Azərbaycana dövlət səfərinə gəlib. Bütövlükdə bu dinamika, əslində, ölkələrimiz arasında sıx münasibətləri əks etdirir. Bu gün biz ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd etdik, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyətini bir daha vurğuladıq. İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik”. Ticari və iqtisadi sektora gəldikdə isə dövlətimizin başçısı deyib ki, “Həmçinin bu gün əziz qardaşımla zəmanəmizin beynəlxalq gündəliyində duran çoxsaylı məsələləri müzakirə etdik. Beynəlxalq münasibətlərin cari gedişatı ilə bağlı mövqeyimiz və baxışlarımız tam üst-üstə düşür. Müzakirələrimizin nəzərəçarpan hissəsini ticari və iqtisadi sektorlara həsr etdik və birlikdə məyusluğumuzu ifadə etdik ki, ticarət dövriyyəmiz cəmi bir neçə on milyonla ölçülür. Bir sözlə, biz ticarət dövriyyəmizi artırmalıyıq və düşünürəm ki, bunu necə etməyi bilirik. Xüsusən də nəzərə alaq ki, ötən yay Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi, Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var. Biz bir neçə ay əvvəl Pakistan tərəfindən konkret layihələri aldıq və Azərbaycan nümayəndələri onları hazırda qiymətləndirir”. Bu gün müzakirə etdiyimiz məsələlər arasında əsas hissə müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunmuşdur. Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, biz müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Bilirik ki, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf etdirir. Biz müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik. Düşünürəm ki, birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız daha da artacaq”-Prezident İlham Əliyev deyib. Azərbaycan da hər zaman bütün prinspial məsələlərdə, xüsusi ilə Cəmmu və Kəşmir məsələsində Pakistana öz qardaş dəstəyini nümayiş etdirib. Bu mövqe problemin beynəlxalq hüququn normaları, BMT-nin müvafiq qətnamələri və beynəlxalq humanitar hüquqa əsaslanır. Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən Pakistanda mütəmadi olaraq, geniş miqyaslı humanitar və təhsil layihələri həyata keçirilir. Bu layihələr Pakistan xalqı tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır-deyə E. Süleymanov fikrini tamamlayıb. Geri dön |