Ana Sayfa > Ölkə > Keçmiş məhkumdan 8 kiloqram narkotik götürüldü
Keçmiş məhkumdan 8 kiloqram narkotik götürüldüBu gün, 09:45. Yazar: sevinc1 |
![]() Şamaxıda polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan aia.az-a bildirilib ki, həyata keçirilən tədbirlərlə əvvəllər də analoji və digər cinayət əməllərinə görə məhkum edilmiş 49 yaşlı Nazim Cahangirov saxlanılıb. Ondan ümumilikdə 8 kiloqrama yaxın marixuana aşkar olunub. Saxlanılan şəxs narkotik vasitənin satışını planlaşdırdığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.Cahangirov barəsində həbs qətimkan tədbiri seçilib. aia.az Geri dön |