Ana Sayfa > Ölkə > Lerikdə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanıldı

Lerikdə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanıldı


Bu gün, 09:18. Yazar: sevinc1
Lerikdə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanıldı

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan aia.az-a verilən məlumata görə, tədbirlərlə əvvəllər məhkum olunmuş 48 yaşlı Səbuhi Şahbazov saxlanılıb. Həmin şəxsdən 10 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, S.Şahbazov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

aia.az
Geri dön