Ana Sayfa > Dünya > “Ukraynanın gələcəyi Avropa İttifaqındadır" -

“Ukraynanın gələcəyi Avropa İttifaqındadır" -


Dünən, 18:00. Yazar: sevinc1
“Ukraynanın gələcəyi Avropa İttifaqındadır" -

“Üç il əvvəl Rusiya Ukraynaya qarşı genişmiqyaslı və qeyri-qanuni işğalçı müharibəyə başladı. Rusiyanın amansız müharibəsi qəsdən mülki və kritik infrastruktur obyektlərini hədəf alır. Ukrayna xalqı öz dövlətini və beynəlxalq hüququn əsas prinsiplərini müdafiə edərək cəsarət göstərdi.Biz Ukraynanın müstəqilliyi və azadlığı uğrunda həlak olanların və yaxınlarını itirənlərin hamısının xatirəsini ehtiramla yad edirik", - Avropa İttifaqının liderləri Kiyevd’ müharibənin üçüncü ildönümündə belə deyiblər.

aia.az BBC-yə istinadən xəbər verir ki, Avropa Şurasının sədri Antonio Kosta, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Parlamentinin sədri Roberta Metsola bəyanatlarında Kiyevi dəstəkləyəcəklərini və ədalətli sülhə nail olmaq üçün çalışacaqlarını vəd ediblər.

Avropa İttifaqı (Aİ) liderlərinin sözlərinə görə, Ukraynanın Aİ-yə inteqrasiyası artıq başlayıb:

“Ukraynalılar Avropa İttifaqında olmaq istəklərini bildiriblər. Biz bunu Ukraynaya namizəd statusu verməklə və üzvlüklə bağlı danışıqlara başlamaqla tanıdıq. Ukrayna ən çətin şəraitdə üzvlüklə bağlı islahatlarda əhəmiyyətli irəliləyiş əldə edib. Biz artıq Ukraynanı Aİ-nin daxili bazarına inteqrasiya edirik. Ukraynanın və onun vətəndaşlarının gələcəyi Avropa İttifaqındadır”.

Bəyanat müəllifləri xatırladıblar ki, Brüssel 2022-ci ildən bəri Kiyevə 135 milyard avro, o cümlədən 48,7 milyard avro hərbi yardım ayırıb. Brüssel maliyyə dəstəyini davam etdirəcəyini vəd edir. Bundan əlavə, Rusiyanın Avropadakı dondurulmuş aktivləri artıq Ukraynanın müdafiə sənayesini dəstəkləmək və onun enerji sektorunu bərpa etmək üçün istifadə olunur, - Aİ liderləri qeyd ediblər.

Onlar həmçinin bildiriblər ki, Avropa İttifaqı tərəfdaşları ilə birlikdə Moskvaya sanksiyalarla təzyiq edir və Rusiyanın işğalının üçüncü ilində daha 16-cı sanksiyalar paketi qəbul edilib.

aia.az
Geri dön