Ana Sayfa > Karusel / Gündəm > “Bu dostluq əbədi və sarsılmazdır”
“Bu dostluq əbədi və sarsılmazdır”Bu gün, 16:03. Yazar: sevinc1 |
![]() “Azərbaycan və Pakistan dost, qardaş ölkədir. Ölkələrimiz arasındakı münasibətlər böyük tarixə söykənir. 1991-ci ildə müstəqilliyimizə yenidən qovuşandan sonra Pakistan müstəqilliyimizi ilk tanıyan ölkələrdən olub. Pakistan torpaqlarımızı işğal etdiyinə görə Ermənistanı bir dövlət kimi tanımayan qardaş ölkədir. 44 günlük Vətən müharibəsi dövründə də Pakistanın bir qardaş ölkə kimi bizə verdiyi siyasi və mənəvi dəstək qələbəmizi daha inamlı etməyə töhfə verib”. Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib. Deputat əlavə edib ki, ölkələrimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, D-8 və başqa bir çox beynəlxalq təşkilatlarda təmsil olunur: “Biz beynəlxalq təşkilatlarda hər zaman bir-birinin mövqeyini dəstəkləyən dost ölkələrik. Bu illər ərzində dövlət başçılarımızın dəfələrlə qarşılıqlı səfərləri olub, ikitərəfli münasibətlərin inkişafına dair bir çox sənədlər imzalanıb. Ölkələrimiz strateji tərəfdaşdırlar. İqtisadi əlaqələrin genişlənməsi üçün potensial böyükdür və hökumətlərarası komissiyaların keçirdikləri mütəmadi görüşlərdə ticari-iqtisadi əlaqələrin genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılır. O cümlədən hökumətlərarası komissiyalarda qarşılıqlı investisiya imkanları da müzakirə olunur”. A.Badamovun sözlərinə görə, Azərbaycan və Pakistan siyasi, iqtisadi, hərbi müdafiə, humanitar və mədəni sahələrdə əməkdaşlıq edir: “Azərbaycan Pakistanın çətin günlərində həmişə yanında olub. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mütəmadi olaraq pakistanlı qardaşlara yardımlar edib. Həmçinin ali məktəblərimiz əməkdaşlıq edir və qarşılıqlı şəkildə ölkələrimizə həsr edilmiş kafedralar yaradılıb. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri çərçivəsində dövlət başçılarımız arasında ölkələrimiz arası əlaqələrin inkişafına töhfə verəcək bir çox məsələlər müzakirə olunur. Bəli, Azərbaycan və Pakistanın dostluğu əbədi və sarsılmazdır”. Röya İsrafilova Geri dön |