Ana Sayfa > Özəl > Yeni Zelandiyadan Rusiyaya qarşı yeni sanksiyalar

Yeni Zelandiyadan Rusiyaya qarşı yeni sanksiyalar


Bu gün, 13:57. Yazar: sevinc1
Yeni Zelandiyadan Rusiyaya qarşı yeni sanksiyalar
Yeni Zelandiya baş nazirinin müavini Uinston Peters Vellinqton administrasiyasının Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
Radio New Zealand (RNZ) xəbərlərinə görə, Peters Rusiya-Ukrayna müharibəsinin 3-cü ildönümündə Moskva hökumətinə qarşı yeni sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

Peuters bəyan edib ki, bu sanksiyalar Rusiyanın hərbi sənaye kompleksi, enerji sektoru və Şimali Koreyanın Rusiyaya dəstəyi və ukraynalı uşaqların məcburi köçkünləşməsi ilə bağlı 52 şəxs və təşkilatı əhatə edir.

Rusiyanın “qanunsuz işğalı”nın 3 ildir Ukrayna xalqına, təbiətinə və infrastrukturuna ziyan vurduğunu bildirən Peters, Dünya Bankının aktivləşdirdiyi Ukraynanın Bərpa, Yenidənqurma və İslahat Etimad Fonduna 3 milyon dollar töhfə verəcəklərini vurğulayıb.

Peuters qeyd edib ki, sözügedən fond Ukraynada “xidmət və yardım işlərinin icrasını, yenidənqurma və islahatların planlaşdırılmasını” təmin etmək üçün verilib.

aia.az
Tərcümə şöbəsi
Geri dön