Ana Sayfa > Özəl > İraq əhalisinin sayı açıqlanıb
İraq əhalisinin sayı açıqlanıbBu gün, 13:54. Yazar: sevinc1 |
![]() İraq əhalisinin 46 milyon 118 min nəfər olduğu bildirilib. İraqın rəsmi agentliyi olan İNA-nın xəbərinə görə, Planlaşdırma Nazirliyi apardığı son siyahıyaalmanın yekun nəticələrini açıqlayıb.Bildirilib ki, şəhərlərdə yaşayanların sayı 70,17 faiz olduğu halda, kənd yerlərində yaşayanların nisbəti 29,83 faiz təşkil edib. Bildirilib ki, İraqda 5 yaşa qədər olanların nisbəti 11,16 faiz, 5-14 yaşlıların nisbəti 24,7 faiz, 15-64 yaşlıların nisbəti 60,44 faiz, 65 və yuxarı yaşda olanların nisbəti isə 3,66 faizdir. Əhalinin ailə vəziyyətinə görə bölgüsü aşağıdakı kimi verilmişdir: subayların nisbəti 41,6 faiz, evlilərin nisbəti 54,01 faiz, boşananların nisbəti 1,28 faiz, dul qadınların nisbəti 2,8 faiz, ayrı yaşayanların nisbəti 0,24 faizdir. 20 noyabr 2024-cü ildə İraqda ümumi əhalinin siyahıyaalınması keçirilib. aia.az Tərcümə şöbəsi Geri dön |